İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib – FOTO – YENİLƏNİB

14:28 - 03 / 06 / 2019
İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox uğurlu olduğunu deyən Mersi Tembon “Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsini önəmli hadisə kimi dəyərləndirdi. Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda böyük uğurlara nail olunduğunu xüsusi vurğuladı. Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan Mersi Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu dedi. Qonaq qeyd etdi ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb. O, icbari tibbi sığorta və ədliyyə sahələrində də işlərin getdiyini bildirdi. Sonra Mersi Tembon Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü təqdim edərək əminliyini bildirdi ki, gələcək illərdə də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdiriləcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində Mersi Tembonun rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev ölkəmizdə Dünya Bankı ilə müxtəlif istiqamətlərdə, o cümlədən özünüməşğulluq, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev islahatların nəticəsi olaraq “Doing Business” hesabatında ölkəmizin 25-ci yerə yüksəlməsini və Azərbaycanın 10 ən islahatçı ölkələr siyahısına daxil olmasını önəmli hadisə kimi dəyərləndirdi və qarşıda ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da inkişaf etdirilməsi kimi mühüm vəzifələrin dayandığını dedi. Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə fəaliyyətində uğurlar arzuladı.

11:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

S.Xankişiyeva

Paylaş:
459

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər