İlham Əliyev: Azərbaycan-Braziliya əlaqələri bundan sonra da uğurla inkişaf edəcək   | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan-Braziliya əlaqələri bundan sonra da uğurla inkişaf edəcək  

12:15 - 15 / 11 / 2017
İlham Əliyev: Azərbaycan-Braziliya əlaqələri bundan sonra da uğurla inkişaf edəcək  

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.              

Dövlətimizin başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi.

Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu dedi və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirdi. Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirdi. İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyünü vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində Prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirdi. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu dedi və bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

 

Paylaş:
802

Son xəbərlər

Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45
Bütün xəbərlər