İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavinini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavinini qəbul edib

10:15 - 25 / 09 / 2018
İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını dedi. Krasimir Karakaçanov bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd etdi. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirdi.

Görüşdə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunuldu, Krasimir Karakaçanovun bu tədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi kimi dəyərləndirildi, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər