İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb

12:28 - 25 / 10 / 2018
İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb

Prezident İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışdı.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğuladı.

Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş etdi.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
486

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər