İlham Əliyev: Çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin – FOTO

09:52 - 21 / 11 / 2017
İlham Əliyev: Çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin – FOTO

“Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır.

Xüsusilə indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik. İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır.

Multikulturalizmlə bağlı müxtəlif fikirlər irəli sürülür. Sanki multikulturalizm iflasa uğrayıb. Halbuki bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin təcrübəsi onu göstərir ki, multikulturalizm yaşayır və inkişaf edir. Bunun müsbət nümunələri vardır. Bu təcrübələr öyrənilməlidir. Biz daim bu məsələləri beynəlxalq tribunalardan qaldırırıq.

Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu məsələlərlə bağlı mövqeyimizi ifadə etmək üçün kifayət qədər geniş imkanlarımız vardır və biz bunlardan istifadə edirik. Milli və dini dəyərlərimizi təbliğ etməliyik. Əfsuslar olsun ki, islam dininə qarşı bəzi dairələrdə qeyri-adekvat, qeyri-normal, çox mənfi münasibət vardır. Biz mübarizə aparmalıyıq və bu mübarizə ancaq birlik olan zaman uğurlu ola bilər. Bütün beynəlxalq məsələlərlə bağlı biz öz mövqeyimizi müdafiə etməliyik. Birliyə çağırışlar, sadəcə olaraq, gözəl şüar deyil, zərurətdir, xalqlarımıza, ölkələrimizə lazımdır. Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 47-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2011-ci il avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, çoxcildliyin 47-ci kitabı Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nitqi ilə başlayır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 47-ci kitabına daxil olan materiallar 2011-ci ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

Bu cilddə Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Polşa, Monteneqro prezidentləri, Türkiyənin Baş naziri ilə görüşlərinə, eləcə də Rusiya Federasiyasına işgüzar səfəri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Çin, Rusiya, Serbiya, İsveçrə, Fransa, Almaniya, ABŞ və digər ölkələrin, ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Dünya Səhiyyə Təşkilatı, BP, “Total”, Avstriyanın OMV şirkətləri və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini, Nobel mükafatçılarını qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Azərbaycan Prezidentinin “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimlərində, Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasında və digər tədbirlərdə iştirakına dair materiallar, yəhudi xalqının Yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki, habelə çıxışları, nitqləri, məktubları daxil edilib.

Nəşrin bu cildində Prezident İlham Əliyevin Xızı, Siyəzən, Şabran, Qobustan, Şamaxı, Xaçmaz, Quba və Qusar rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, Bakının şəhərətrafı qəsəbələrində aparılan abadlıq işləri, ölkənin bir sıra orta məktəb binalarında əsaslı təmir və yenidənqurma işləri ilə tanışlığına dair materiallar əksini tapıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

 “Azərnəşr” tərəfindən buraxılan 47-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

S.Xankişiyeva

Paylaş:
598

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər