İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub - YENİLƏNİB - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub - YENİLƏNİB - FOTO

15:56 - 06 / 12 / 2017
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub - YENİLƏNİB - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

1news.az xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir.  Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar "Elektron imza" sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır.

Sonra dövlət başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələr, “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verilib.

 “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verilib.

 Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib.

Həmçinin, məlumat verilib ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Fransa isə 4 şirkətlə təmsil olunur.

 Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə pavilyonuna gəliblər. Məlumat verilib ki, Türkiyə digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir.

 Dövlət başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış olub. Sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərmarka” tərəfindən 25 il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxıblar.

 1news.az

 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular.

“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırdı.

S.Xankişiyeva

 

Paylaş:
806

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər