İlham Əliyev: Azərbaycan Böyük Britaniya şirkətlərinin qeyri-energetika sahəsində iştirakının genişlənməsində maraqlıdır | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan Böyük Britaniya şirkətlərinin qeyri-energetika sahəsində iştirakının genişlənməsində maraqlıdır

11:20 - 14 / 12 / 2017
İlham Əliyev: Azərbaycan Böyük Britaniya şirkətlərinin qeyri-energetika sahəsində iştirakının genişlənməsində maraqlıdır

Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd etdi. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı Baronessa Rona Feyrhedin ölkəmizə səfərinin iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını dedi. Energetika sahəsində əməkdaşlığa toxunan Baronessa Rona Feyrhed BP-Azərbaycan əlaqələrini çox mühüm tərəfdaşlıq əlaqələri kimi dəyərləndirərək hökumətinin bu sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi işinə sadiq qalacağını vurğuladı. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd etdi.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı, həmçinin infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
535

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər