İlan atan mancanaq, partlayan raketlər: orta əsrlərin savaş texnikaları | 1news.az | Xəbərlər
Cəmiyyət

İlan atan mancanaq, partlayan raketlər: orta əsrlərin savaş texnikaları

16:48 - 16 / 07 / 2019
İlan atan mancanaq, partlayan raketlər: orta əsrlərin savaş texnikaları

Orta əsrlərin savaş texnikaları hər zaman tarixçilərin maraq dairəsində olub. Hər sərkərdənin, hər dövlətin, hər qoşunun özünəməxsus taktikası olub. Türk millətləri daha çox Bozqurd taktikasından istifadə ediblər. Amma bundan əlavə, savaşlarda ilanlardan, fillərdən vəs. üsullardan istifadə etmək də dəb olub.

1news.az bildirir ki, bu barədə "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Müharibələrdə qara barıtdan istifadə etməklə müxtəlif partlayıcı maddələri hazırlayanlar müsəlmanlar olublar. İstifadə edilən partlayıcılar arasında bombalar, qumbaralar, fitilli oxlar, üstünə fırlatıcı mini raketlər bağlanan oxlar, partlayan nizələr, topuz şəklində bombalar və "karürə" deyilən raketlər ilk sırada gəlirdi.

XIII əsrdə yaşamış Həsən ər-Rammah adlı bir müəllifin qələmindən çıxan "ən-Fürusiyyə vəd-Dəna sibül-hərbiyyə" adlı əsərində həm bu partlayıcıların xüsusiyyəti, həm də sxemləri əks olunub.

Raketlər və bombalar haqqında avropalılar ilk dəfə Səlib müharibələrində Məmlük türkləri ilə döyüşdə tanış oldular. Səlib müharibələrini salnaməçisi olan Jean de Jiunville düşərgələrinə hücüm edən Məmlük əsgərlərinin istifadə etdiyi bu partlayıcıları "göydən düşən ildırım" olaraq təsvir edir. Ona görə, atılan bu bombalar "havada uçan əjdahlar" idi. Davamında yazır: 

"Tam qabağımıza düşən bu əcaib şeylər içinə meyvə suyu qoyulan çəlləklərə oxşayır. Onların quyruq hissəsində böyük nizələr var". 

Ehtimal ki, müəllif, ər-Rammahın bəhs etdiyi "patlayan nizələr"i görüb.
Orta əsr müharibə anlayışında mancanaq xüsusilə əhmiyyətli idi. Mancanaqların çoxlu növləri vardı. Və hər mancanaqdan da öz mexanizmasına uyğun istifadə etmək lazım gəlirdi. Yəni neft atan mancaqla daş atmaq mümkün deyildi. Ayrıca mancanaqlar xalqlara görə də fərqli idi.

Bu mancanqlar arasında ən maraqlısı əqrəb, ilan və çiyan atan mancanaqlardır. Həmin mancanaqlar haqqında orta əsrlərin müəllifi Ərənboğa Zərdkaşi məlumat verir. Özü də mancanaq ustası olna müəllif həmin mancanaqların sxemlərini çəkib əsərinə əlavə etmişdir.

Bir şəhərin üstünə minlərlə əqrəbin və ilanın yağdığını düşünün. Yaranan vahimə belə şəhərin təslim olmasına səbəb olurdu. Kamani-qav adlı mancanaq 2500 metr məsafəni vururdu.

Orta əsrlərin S-400 fillər idi. Və Şərq dövlətləri ordularına fil təmin etmək üçün ciddi pullar xərcləyiridlər. Fil ticarətinin başında isə Hindistan gəlirdi. Nəzərə alsaq ki, Anadoluda Qazı Bürhanəddinin ordusunda belə fil vardı, o zaman bu ticarətin dəyərini özünüz fikirləşin.

Orduda fillərin bir çox üstünlüyü vardı. Birincisi əzəməti düşməni qorxudurdu. İkincisi filin üstündə döyüşənlərə yaxşı görüş məsafəsi saxlayırdı. Üçüncüsü fillər meşəlik ərazi daxil maneələri ortadan qaldıran ən yaxşı gücdü. Dördüncüsü müdafiə qalalarının alınmasında böyük avantaja sahibdi. Beşincisi, silah və sürsatların nəqlində böyük vasitə idi.

Orta əsrlərdə fil almaq kifayət etmirdi. Gərək fil sürücülərinə də sahib olmaq lazımdır. Fil sürücülərinin isə özünə məxsus dilləri vardı: Fil dili.

1news.az

Paylaş:
573

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər