İki finalın qəhrəmanı və ya IKAU-nun MFL-dəki uğuru – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

İki finalın qəhrəmanı və ya IKAU-nun MFL-dəki uğuru – FOTO – VİDEO

16:00 - 03 / 07 / 2018
İki finalın qəhrəmanı və ya IKAU-nun MFL-dəki uğuru – FOTO – VİDEO

Azərbaycanın başlıca həvəskar futbol layihəsi olan MFL sona çatdı.

1news.az-ın verdiyi xəbərə görə, ötən həftə sonu MFL-in möhtəşəm finalı baş tutub.

MFL – FUTBOLSEVƏRLƏR ÜÇÜN futbol həvəskarları tərəfindən yaradılmış liqadır. Və bu mövsüm liqada 60 komanda birləşib.

MFL-in direktoru Rəhman Hacıyev bildirib ki, bu mövsüm turnirin kütləviliyini artırmağa müvəffəq olublar:

“Bu mövsüm çox uğurlu nəticələnib. Komandaların sayı 60-a çatıb. Onlardan 90%-i mövsümün sonuna qədər oynaya bilib. Azarkeşlərin sayında da artma müşahidə olub. Buna görə də MFL Arena-da azarkeşlərin rahatlıqla futbol izləmələri üçün xüsusi yerlər də yaradılıb”.

2017-ci ilin oktyabrın 30-da MFL-in ikinci mövsümünə start verilib. Bundan səkkiz ay sonra MFL Arena-da final oyunu baş tutub. IKAU və Baku Blancos komandaları ikinci mövsümün ən güclü komadasını təyin etməli idi.

Final oyununda 200-dən çox qonaq qoşulub. Qonaqlar arasında MFL-in direktoru Rəhman Hacıyev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, AFFA-nın Məşqçi Komitəsinin rəhbəri Vaqif Sadıxov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Yusif Vəliyev və başqaları iştirak ediblər.

Matçdan öncə təşkil edilmiş mərasimdə Rəhman Hacıyev və Sərxan Hacıyev komandalar uğur arzulayır. MFL-in dirktoru AFFA rəhbəri Rövnəq Abdullayev başda olmaqla, həmçinin baş katib Elxan Məmmədova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Favoritdən söz açmaq ilk öncə çətin idi. Finalda gənclik təcrübəyə qalib gəldi. IKAU komandası Baku Blancos-a 3:0 hesabı ilə qalib gəldi.

IKAU-nun kapitanı və lideri Elvin Əlizadə – ötən mövsüm GSP Logistics komandasının tərkibində ən yaxşı bombardir idi. Bu mövsümdə Elvin IKAU-nu sıfırdan yaradaraq, onu ən yüksək zirvəyə qaldırdı. Ötən mövsümdə məhz Elvinin qolu komandanın qələbəsinə gətirib çıxardı. Samir Bayramov da öz aktivinə qol əlavə edərək, ikinci mövsümdə də çempionluğu qeydə aldı.

Həmçinin Facebook vasitəsilə keçirilən səsvermənin yekunu olaraq Elvin Əlizadə MVP – çempionatın ən dəyərli oyunçusu seçilib.   

“Ən yaxşı bombardir olmağı düşünmürdüm. Komanda ilə birlikdə çempionluq qazanmaq daha vacib idi. MVP titutlu isə daha yüksək nailiyyət idi. Qələbədən sonra keçirdiyim hissləri sözlə ifadə etmək çətindi. Finalda son iki qolum yadda qalıb. Builki çempionluq daha rahat alındı. Ola bilsin ki, builki tərkibi daha yaxşı formalaşdırmağımızdandır. Oyunçular daha təcrübəli idilər”, - deyə Elvin öz təəssüratlarını bölüşüb.

Komandanın təsisçisi və sponsoru Kamal Hüseynov çempionatdan gözləntilərini qeyd edib:

“Uşaqlar səkkiz ay ərzində ciddi surətdə çalışaraq bu ad uğrunda mübarizə aparıblar. Rəqiblərimiz var idi. Lakin IKAU daha güclü olduğunu sübut etdi. Komadanı çempionluq üçün yaratmışdıq”.

Finaldan sonra mükafatlandırma mərasimi baş tutub.

Baku Blancos komandasından Amin Hüseynov çempionatın ən yaxşı qapıçısı adına layiq görülüb. Sirena Motors-dan Əlsalam Həmidov 96 qol ilə mövsümün ən yaxşı bombardiri oldu.

Həmin komandadan Elvin Xudadatov isə ən yaxşı assistent oldu.  

Final ərəfəsində “Sirena Motors”la “Juventus Baku” komandaları arasında üçüncü yer uğrunda mübarizə keçirilməli idi. Lakin sonuncular oyuna gəlmədikəri üçün, onlara texniki məğlubiyyət yazıldı. “Sirena Motors” bürünc medalın sahibi oldu.

Yeni mövsüm necə olacaq?

Beləliklə, MFL-in ikinci mövsümü sona çatdı. Lakin tez bir zamanda yeni mövsüm üçün qeydiyyat başlayacaq. MFL-in direktoru Rəhman Hacıyev yeni mövsümün bir sıra detallarını açıqlayıb.

“MFL genişlənir. Hazırda MFL Arena-da dördüncü meydança hazırlayırıq. Növbəti mövsümdə komandaların sayında artım olacaq. İştirakçıları yeniliklər gözləyir. MFL-in bütün turnirlərində iştirak etmiş komandalar və futbolçuları statistikasını göstərən xüsusi platforma təşkil ediləcək. Həmçinin futzalın və futzalçıların tarixi hazırlanacaq. Liqa platformaların köməyilə idarə olunacaq. Bu da işimizin mükəmməlləşdirilməsinə imkan verəcək.

Turnirlə bağlı müəyyən planlar var. Tuniri daha ecazkar etmək üçün formatı dəyişdirmək niyyətindəyik. Hazırda Yay Kuboku üzərində çalışırıq. Kubokun yekununda böyük mövsümə hazırlıqlar başlanacaq. Yaxın günlərdə Yay Kuboku və yeni mövsümlə bağlı qeydiyyat başalayaq”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1642

Sizin üçün xəbərlər

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər