1news.az

III Avropa Oyunlarını keçirəcək ölkənin adı məlum oldu

7 İyun saat 17:00 ~ 1 dəqiqəlik oxu 129
III Avropa Oyunlarını keçirəcək ölkənin adı məlum oldu

III Avropa Oyunlarını keçirəcək namizəd ölkənin adı rəsmən açıqlanıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, mayın 31-də başa çatan müraciət prosesinə yalnız Polşa qoşulub.

Belə ki, Polşa Olimpiya Komitəsi Krakov şəhəri və Malopolska regionunun namizədliyini irəli sürüb. Krakov əvvəl nəzərdə tutulmuş Polşanın Krakovitse şəhərini əvəzləyib.

Rusiya Olimpiya Komitəsi isə Kazan şəhərinin namizədliyini irəli sürməkdən vaz keçib.

İyunun 22-də Belarusun paytaxtı Minskdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında rəsmi olaraq III Avropa Oyunlarını keçirəcək ölkənin adı açıqlanacaq. Həmin gün seçki olacaq. Lakin başqa namizəd olmadığından, 2024-cü ildəki turnirin meydan sahibinin artıq bəlli olduğunu söyləmək olar.

Qeyd edək ki, 2015-ci ildə I Avropa Oyunları Bakıda və Mingəçevirdə (kanoe yarışları) keçirilib. Bu ay başlayacaq II Avropa Oyunları isə Minskdə baş tutacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İdman BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net