1news.az

İdmançı qadın həmcinsi ilə evləndi - FOTO

9 Noyabr saat 20:36 ~ 1 dəqiqəlik oxu 148
İdmançı qadın həmcinsi ilə evləndi - FOTO

Dünya idmanında növbəti maraqlı hadisə baş verib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Almaniyanın çimərlik voleybolu üzrə yığmasının üzvləri Laura Lyudviqlə Kira Valkenhorstun ailə qurmasının ardından basketbolçular da bir-biri ilə evləniblər.

Belə ki, qadınlar arasında Amerika Milli Basketbol Liqasında (WNBA) mübarizə aparan Elena Delle Donn uzun müddətdi birlikdə olduğu rəfiqəsi Amanda Kliftonla nikaha girib.

WNBA ulduzu olan amerikalıların toyu Nyu-Yorkda baş tutub. Mərasimə kifayət qədər qonaq qatılıb.

Qeyd edək ki, ABŞ millisinin və WNBA-nın ulduzu olan Donn bir müddət öncə cinsi azlıq nümayəndəsi olduğunu və Kliftonla birgə yaşadığını açıqlamışdı.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İdman BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net