İctimai televiziyada maraqlı debat: Parlamentin buraxılması hansı zərurətdən irəli gəlir? – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İctimai televiziyada maraqlı debat: Parlamentin buraxılması hansı zərurətdən irəli gəlir? – VİDEO

13:01 - 02 / 12 / 2019
İctimai televiziyada maraqlı debat: Parlamentin buraxılması hansı zərurətdən irəli gəlir? – VİDEO

İctimai televiziyada yayımlanan “Diqqət mərkəzi-yekun” verilişinin növbəti buraxılışı baş tutub.

1news.az-ın məlumatına görə, Nigar Sabirqızı və Ceyhun Əlinin aparıcılıq etdiyi veriliş son günlər ictimaiyyətdə geniş müzakirə olunan parlamentin buraxılması mövzusuna həsr olunub.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və YAP-ı Milli Məclisdə təmsil edən deputat korpusu növbədənkənar parlament seçkisinin keçirilməsi üçün Prezidentə müraciət edib.

Verilişin qonaqları qismində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, millət vəkili Aydın Mirzəzadə, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova, politoloq Fərhad Məmmədov, millət vəkili Fazil Mustafa və “1news” İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyev iştirak ediblər.

Millət vəkili Aydın Mirzəzadə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zamanın tələbi olduğunu söyləyib:

“İllərdir ki, ölkəmizdə ciddi islahatlar həyata keçirilir. 2016-cı ildə Konstitusiyamıza dəyişiklik edildi, vitse-prezidentlik institutu yaradıldı, dövlət idarəetmə orqanlarında struktur dəyişikliyi baş verdi, yeni kadrlar irəli çəkildi. Hakimiyyətin üç qolundan ikisində ciddi dəyişikliklər getdiyi bir dövrdə parlamentin də tərkibinin yenilənməsinə ciddi ehtiyac yarandı.

Hesab edirik ki, növbədənkənar parlament seçkilərində cəmiyyət artıq yenilənmiş, cəmiyyətlə daha sıx əlaqədə olan və ölkədə aparılan islahatçılıq siyasətinə daha güclü dəstək verən bir parlamentə malik olacaq”.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin buraxılmasının qanunvericiliklə tənzimlənməsi məsələsinə aydınlıq gətirib.

“Azərbaycan Respublikası Konstirusiyasının 98-ci maddəsinə görə ölkə prezidenti müəyyən hallarda parlamenti buraxa bilər. Bu səlahiyyət prezidentə son referendumda verilib. Bunu düzgün hesab edirəm. Çünki əvvəlki qanunvericiliyə görə parlament prezident barədə impiçment apara bilərdi, ancaq prezidentin parlamenti buraxmaq səlahiyyəti yox idi.

Konstirusiyaya edilən son dəyişikliklə tarazlıq bərpa edilmiş oldu. Qanuna görə növbədənkənar parlament seçkiləri 60 gün ərzində keçirilməlidir. Hardasa fevral ayında seçkilər keçiriləcək və yeni parlament zamanın çağırışlarına, yeni tələblərə cavab verəcək bir tərkibdə fəaliyyət göstərəcək”.

Millət vəkili Fazil Mustafa millət vəkillərinin fəaliyyəti ilə bağlı fikirlərini bildirib:

“Millət vəkillərini seçicilər seçir və növbəti beş il müddətində onun fəaliyyətinin ya rəğbətini, ya da əziyyətini daşıyır. Deputatların qiymətləndirilməsində bəzi meyarlara baxmaq lazımdır. Cəmiyyət baxımından passiv görünən deputatların bir qismi beynəlxalq arenada ən aktiv şəkildə Azərbaycanın maraqlarını müdafiə edirlər. Ölkəmizdə həyata keçirilən islahatlar tək bir insanın çiyinlərində aparılan bir proses deyil. Hakimiyyətin bütün qolları bunda aktiv rol almalıdır”.

“1news” İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyev də parlamentin buraxılmasını zəruri edən səbəblərdən danışaraq cəmiyyətimizdə müəyyən dəyişikliklərə ehtiyac olduğunu söyləyib:

“İslahat dedikdə çox ciddi bir proses nəzərdə tutulur. Bu islahatlar nəinki bir şəxs tərəfindən, heç hakimiyyətin bir qolu tərəfindən aparıla bilməz. Çünki bildiyimiz kimi, hakimiyyət bir neçə qola bölünür – icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinə.

Qanunvericilik qolunun rolu çox böyükdür. Birincisi, parlament qanun layihələri formasında müəyyən təşəbbüsləri irəli sürə bilər. İkincisi, parlament çox ciddi nəzarət funksiyasına malikdir. Biz bilirik ki, istənilən islahatda, istənilən layihədə monitorinq və nəzarət çox böyük rol oynayır. Hesab edirəm ki, bu iki funksiya yeni parlamentdə daha ciddi şəkildə öz əksini tapacaq.

Azərbaycanda islahatlar çox sürətli şəkildə baş verir. Bu tək bizim istəyimizdən asılı deyil. Dünya çox ciddi şəkildə dəyişir, iqtisadi, siyasi, geosiyasi çağırışlar həddindən artıq çoxdur. Biz bu çağırışlara çox çevik bir şəkildə cavab verməliyik. Bunun üçün də həm cavanlardan, həm də təcrübəli şəxslərdən ibarət parlamentə ehtiyac var”.

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova son zamanlar Milli Məclisin fəaliyyətinin cəmiyyət tərəfindən kəskin tənqid olunması ilə bağlı fikirləri diqqətə çatdırıb:

“Müşahidələrimiz, səslənən fikirlər bunu deməyə əsas verir ki, mövcud parlament ölkədə aparılan islahatlara cavab vermir. Təəssüf ki, hazırda həm seçicilər, həm də ictimai fəallar arasında Milli Məclisin nüfuzu o qədər də ürəkaçan deyil. Əgər biz yeni, daha çevik Milli Məclis istəyiriksə bunun yolu azad və demokratik seçkidən keçir. Əgər biz Milli Məclisin nüfuzunu bərpa etmək istəyiriksə millət vəkili mandatının daşınmasının məsuliyyətini dərk edən insanlara səs verməliyik”.

Politoloq Fərhad Məmmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın Yeni Azərbaycan Partiyasının cəsarətinin göstəricisi olduğunu deyib:

“Birincisi, Parlamentdə çoxluğu təşkil edən siyasi partiyadır. Hər hansı siyasi partiya parlamentdə çoxluğu təşkil edirsə istəməz ki, növbədənkənar seçkiyə getsin. İkinci məqam ondan ibarətdir ki, bu seçkilərdə cənab Prezidentin apardığı islahatlara bir münasibət göstəriləcək.

Üçüncü məqam da odur ki, növbəti beş il ərzində daha dərin islahatlar həyata keçirilə bilər. Çünki elə islahatlar var ki, onların effekti bir neçə ildən sonra özünü göstərir. Bu baxımdan yeni parlament seçiləndən sonra qarşıdakı beş il dərin islahatların başladılması və həyata keçirilməsi üçün çox gözəl bir şərait yaradacaq”.

Verilişin tam versiyasına burada baxa bilərsiniz:

1news.az

Paylaş:
1213

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər