Hulusi Kılıç: Azərbaycan, Qarabağ uğrunda şəhid olmağa hazıram | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Kılıç: Azərbaycan, Qarabağ uğrunda şəhid olmağa hazıram

15:55 - 17 / 10 / 2018
Hulusi Kılıç: Azərbaycan, Qarabağ uğrunda şəhid olmağa hazıram

Azərbaycan mənim ikinci vətənimdir. Qarabağ üçün şəhid olmağa hazıram.

1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Azərbaycanı Respublika günü münasibətilə təbrik edən sabiq səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib və deyib ki, Ermənistan-Türkiyə sərhədini Azərbaycana görə bağlayıblar:

“Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Kılıç həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib:

“Mən Azərbaycanda beş ilə yaxın səfir vəzifəsində çalışdım, Azərbaycanın dövlət ordeni ilə təltif olunan ilk xarici səfirəm. O baxımdan, mənim üçün Azərbaycan bir vətəndir, candır, mənim ikinci vətənimdir. Qarabağ üçün şəhid olmağa hazır olduğumu kameralar önündə söyləmişəm”.

Xatırladaq ki, 2012-ci ilin 13 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Hulusi Kılıç “Dostluq” ordeni ilə təltif edilib. Türk səfir Azərbaycan və Türkiyə arasında dövlətlərarsı əlaqələrin inkişafı və möhkəmlənməsi sahəsində xüsusi xidmətlərinə görə ən yüksək mükafata layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
778

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər