Horadizdə Xocalı soyqırımı abidəsi açılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Horadizdə Xocalı soyqırımı abidəsi açılıb – FOTO

16:30 - 24 / 02 / 2018
Horadizdə Xocalı soyqırımı abidəsi açılıb – FOTO

Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılış mərasimi olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbir iştirakçıları abidənin önünə əklil və tər çiçək dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

İctimaiyyət nümayəndələrinin, əmək kollektivlərinin, gənclərin, Qarabağ müharibəsi veteranlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirib ki, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Dinc əhaliyə qarşı qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirir.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. 26 ildir ki, xalqımız, o cümlədən xocalılılar bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində, həyatında daşıyır, bu günü unutmur.

Bahar Muradova qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır. Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Xocalıda dinc, günahsız insanlara qarşı törədilən kütləvi qırğın, ağır cinayət əməllərindən bəhs edib. Bildirib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Fuad Hüseynov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mühüm işlər görülür. “Azərbaycan” internet portalı yaradılıb, “Qarabağ həqiqətləri” adlı toplu dünyaya çatdırılıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, fotosərgilər təşkil edilir, kitablar, bukletlər hazırlanır. Xocalı faciəsi artıq bir sıra ölkə parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb, bu barədə müvafiq qətnamələr qəbul edilib.

Komitə sədrinin müavini bildirib ki, digər işğal olunmuş rayonlar kimi, Xocalıdan olan məcburi köçkünlər də dövlətimizin qayğısı ilə əhatə olunub. Xocalıdan olan 1857 ailə yeni mənzillərlə təmin edilib.

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və N saylı hərbi birliyin komandir müavini Elşad Əbilov Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılmasını yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan Ordusu şəhidlərimizin qisasını almağa, işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır və buna qadirdir.

Sonda tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
1438

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər