Homoseksual evliliklərə icazə verən ölkələr – FOTO – SİYAHI | 1news.az | Xəbərlər
Dünya

Homoseksual evliliklərə icazə verən ölkələr – FOTO – SİYAHI

15:56 - 16 / 11 / 2017
Homoseksual evliliklərə icazə verən ölkələr – FOTO – SİYAHI

Homoseksual evliliklər daha bir ölkədə rəsmiləşir.

1news.az Fanat.az-a istinadən xəbər verir ki, bununla bağlı Avstraliyada referendum keçirilib və iştirakçıların 61.6 faizi homoseksual evliliklərə “hə” deyib. Avstraliya hökuməti tezliklə müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxararaq rəsmiləşdirəcək.

Ölkənin baş naziri Malkolm Törnbel referendumun nəticələri ilə bağlı danışarkən "Avstraliya danışdı. Bərabərlik üçün, sevgi üçün "hə" dedi" deyib. Minlərlə insan isə küçələrə çıxaraq bu hadisəni bayram edib.

2015-ci ildə ABŞ-da homoseksual evliliklərə icazə verilməsindən sonra "Love wins" (Sevgi qazanır) şüarı bütün dünyada gündəmə gəlmişdi. Avstraliya hökuməti ölkədəki ağır mübahisələrdən sonra qərarın xalq tərəfindən verilməsi üçün referendum keçirmək qərarına gəlmişdi. Bu ölkə hələlik buna icazə verən son ölkə olsa da, bir çox ölkədə bənzər müzakirələr davam edir və qarşıdakı illərdə homoseksual evliliklərin rəsmiləşməsi gözlənilir. 

2000-ci ildə Hollandiyanın ilk olaraq icazə verdiyi homoseksual evliliklər dəstəkləyənlər qədər qarşı çıxanların da olduğu, bir çox ölkədə sərt mübahisələrə səbəb olan və tərəflərin anlaşmaqda çalışdığı bir məsələdir. Dəstəkləyən aksiyalar qədər, etiraz aksiyaları da bütün dünyada keçirilir. Avstraliyada bu qərara qarşı çıxan qurumun hətta faşist simvollarından istifadə etməsi sərt tənqidlərə səbəb olmuşdu.

Bu tip evliliklərə əsasən Amerika və Avropa qitəsində icazə verilir. Afrikada yalnız bir ölkədə homoseksual evliliklərə icazə var. Asiyada isə hələlik heç bir ölkə bu qərarı qəbul etməyib. 

Artıq dünyanın 31 ölkəsində homoseksual evliliklərə icazə var. Həmin siyahını təqdim edirik:

  1. Hollandiya - 2000-ci il (Homoseksual evliliklərə icazə verən ilk ölkə)
  2. Belçika - 2003-cü il
  3. İspaniya - 2005-ci il
  4. Kanada - 2005-ci il
  5. CAR - 2006-cı il (Homoseksual evliliklərə icazə verən yeganə Afrika ölkəsi)
  6. Çexiya - 2006-cı il
  7. İsveçrə - 2007-ci il
  8. Norveç - 2009-cu il (Homoseksual evliliklərə icazə verən ilk Şimali Avropa ölkəsi)
  9. İsveç - 2009-cu il
  10. İslandiya - 2010-cu il
  11. Portuqaliya - 2010-cu il
  12. Argentina - 2010-cu il (Amrika qitəsində homoseksual evliliklərə icazə verən ilk ölkə)
  13. Danimarka - 2012-ci il
  14. Yeni Zellandiya - 2013-cü il
  15. Braziliya - 2013-cü il
  16. Uruqvay - 2013-cü il
  17. Fransa - 2013-cü il
  18. İngiltərə - 2013-cü il
  19. Uels - 2013-cü il
  20. Lüksemburq - 2014-cü il
  21. Şotlandiya - 2014-cü il
  22. ABŞ - 2015-ci il
  23. Qrenlandiya - 2015-ci il
  24. İrlandiya - 2015-ci il
  25. Kolumbiya - 2016-cı il
  26. Almaniya - 2017-ci il
  27. Malta - 2017-ci il
  28. Sloveniya - 2017-ci il
  29. Finlandiya - 2017-ci il
  30. Avstraliya - 2017-ci il
  31. Meksika (Meksikada homoseksual evliliklər bölgələr üzrə rəsmiləşib və statusu digər ölkələrlə müqayisədə daha qarışıqdı).

1news.az

 

Paylaş:
1894

Sizin üçün xəbərlər

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər