Hindistanlı təlimçilər Lahıcda biznesin inkişafı üzrə təlim keçiblər | 1news.az | Xəbərlər
Siyasət

Hindistanlı təlimçilər Lahıcda biznesin inkişafı üzrə təlim keçiblər

13:33 - 18 / 09 / 2018
Hindistanlı təlimçilər Lahıcda biznesin inkişafı üzrə təlim keçiblər

Hindistan səfiri Sanjay Rana Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnvestisiya Layihəsi tərəfindən təşkil olunan və Hindistanın Kerala ştatının Kudumbashree təşkilatından olan təlimçilərin dəstəyi ilə keçirilən biznesin inkişafı və idarəedilməsi təlimində iştirak edən gənclər və qadınlarla görüşmək üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, o, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevlə və Kənd İnvestisiya Layihəsinin mütəxəssisləri ilə görüşüb, qarşılıqlı faydalı təlim proqramları üçün Hindistanla Azərbaycan arasında hökumətlərarası əməkdaşlığı müzakirə edib.

Beş pilot rayondan olan Qadın İnkişaf Qruplarının  və Gənclər İcma Biznes Təbliğatçılarının üzvləri üçün Azərbaycan Kənd İnvestisiya Layihəsi təlim kursu 2018-ci ilin sentyabrın 6-dan 17-dək keçirilib. Proqram çərçivəsində gənclərə və qadınlara Kudumbashree layihəsinin təlimçiləri tərəfindən biznesi idarə etmənin uğurlu yolları, biznes planlarının tərtib olunması, layihə hesabatlarının hazırlanması, banklardan zəruri maliyyənin alınması, məhsulların və xidmətlərin marketinqi üçün tələb olunan bacarıqlarla bağlı təlim keçirilib.

Bu təlim Azərbaycan Kənd İnvestisiya Layihəsinin Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması proqramının tərkib hissəsidir və proqram çərçivəsində 88 qadından ibarət Qadın İnkişaf Qrupları beş rayonda – Masallı, Lənkəran, İsmayıllı, Balakən və Ağdamda təlimdə iştirak edirlər. Bu model Dünya Bankının dəstəyi ilə 2018-ci ilin martında Hindistana təşkil olunan səfərdən sonra təqdim olunub.

Pilot üçün texniki yardım Hindistanın Kerala ştatı Hökumətinin Yoxsulluğun Azaldılması və Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması Proqramı tərəfindən təmin olunub. Hindistan və Azərbaycan hökumətləri arasında bu əməkdaşlıq Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq proqramı vasitəsilə mümkün olub.

Təlim iştirakçıları ilə görüşdə çıxış edən səfir Sanjay Rana qadınların səlahiyyətlərinin artırılması sahəsində Hindistan və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Bu cür təlim proqramları qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün çox faydalıdır. Kudumbashree layihəsinin təlimçiləri Hindistanda çox uğur qazanıblar və əminəm ki, onların təcrübəsi Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılmasına töhfə verəcəkdir”,  səfir deyib.

P.Sultanova

 

 

Paylaş:
361

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər