Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO

13:46 - 20 / 02 / 2018
Hindistan səfiri Masallı və Biləsuvarda olub - FOTO

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Masallı rayonuna səfər edib və yeni tikilən Sənaye Məhəlləsində rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, Sənaye Məhəlləsində gəzinti zamanı səfir infrastrukturla təmin olunmuş sexlər, ofislər və bank, poçt, notarius, vergi və s. inzibati xidmətlər üçün ayrılmış yerlərlə tanış olub.

İcra Hakimiyyətinin başçısı R. Hüseynov ərazinin Azərbaycanın kiçik və orta sahibkarlarını öz layihələrini həyata keçirmək imkanı ilə təmin edəcəyini, onların ilk yeddi ildə gömrük rüsumlarından azad olunacağını və gəlir vergisinin yalnız yarısını ödəyəcəklərini bildirib.

O, Masallı Sənaye Məhəlləsinin müxtəlif sahələrdə, xüsusilə də mebel hazırlanması və mebel aksessuarlarının istehsalı kimi sahələrdə ixtisaslaşan sənaye kompleksi kimi inkişafına ümid bəslədiyini bildirib.

İcra Hakimiyyətinin başçısı Masallı rayonunda kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər, o cümlədən çəltikçilik və çiyələkçiliyin geniş miqyasda inkişafı barədə məlumat verib.

Səfir Rananın Biləsuvar rayonuna səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə keçirdiyi görüş zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin infrastrukturu və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Daha sonra səfir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi ilə tanış olub. Şagirdlər səfirə Azərbaycanın milli adət-ənənələri haqqında məlumat verib və mədəni proqram nümayiş etdiriblər.

Məktəbin direktoru Bəhruz Mehdiyev və məktəbin əməkdaşları Azərbaycanın Mərkəzi Bankı tərəfindən təsis olunmuş məktəbin yüksək təhsil standartlarına cavab verdiyini və şagirdlərin mükəmməl göstəricilər göstərdiklərini qeyd edib. Məktəb şagirdləri həmçinin, səfiri hind mədəni proqramları ilə salamladılar. Şagirdlərə uğurlar arzulayan səfir məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Səfər çərçivəsində diplomat Azərsun Holdinqin Biləsuvar rayonu yaxınlığındakı  kənd təsərrüfatı sahələri və konserv zavodu ilə tanış olub və ikitərəfli mümkün biznes imkanları ilə bağlı fikir mübadiləsi aparıb.

P.Sultanova

 

 

Paylaş:
784

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər