Hindistan səfiri cənub bölgəsinə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Hindistan səfiri cənub bölgəsinə səfər edib

16:27 - 16 / 02 / 2018
Hindistan səfiri cənub bölgəsinə səfər edib

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana 14-15 fevral tarixlərində cənub bölgəsinə, Astara və Lənkərana səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat burada rayon rəhbərləri ilə görüşlər keçirmiş, iqtisadi inkişaf üzrə atılmış mühüm addımlara dair məlumat alıb, Azərbaycan və Hindistanın bölgələri arasında əməkdaşlıq imkanlarını müzakirə edib.

Astara rayonu  İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ilə görüş zamanı səfirə kənd təsərrüfatı istehsalının hərtərəfli inkişafı üçün səylər, Hindistan və Asiyanın digər ölkələrini Azərbaycan, Rusiya və İran ilə birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yaradılmış infrastruktur haqqında məlumat verilib. Səfir, həmçinin turizm imkanlarının inkişaf etdirilməsi üçün Astarada inşa edilməkdə olan dənizkənarı bulvarı da ziyarət edib.

Lənkəran rayonu İcra başçısı Taleh Qaraşov ilə görüşü zamanı səfir Rana çəltik, çay və sitrus meyvələrinin məhsuldarlığının artırılması üzrə atılan addımlar haqqında məlumat alıb. Diplomat Lənkəranda Gilan Holdingə məxsus sitrus meyvələri plantasiyası, Yaşıl Şərq çəltik sahələri,  Lənkəranın “Cənub-Agro” çəltik emalı zavodu və “Yaşıl Çay” çay plantasiyalarına baş çəkib. O, həmçinin yüksək keyfiyyətli qazanlar və istilik maşınlarının istehsalı üzrə tanınmış “Lənkəran Mexanikləşdirmə” istehsal fabrikini də ziyarət edib.

Səfir Hirkan Milli Parkına baş çəkib, bu nüfuzlu milli qoruğun flora və faunası və bir neçə bulaqları və məşhur Xanbulaq su anbarı olan bu bölgənin turizm imkanları haqqında məlumatlandırılıb.

Görüşlər zamanı diplomat kənd təsərrüfatı, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etidirilməsi və sənaye layihələri daxil olmaqla, Hindistan və Azərbaycan arasında iqtisadi və ticari sahələrdə daha böyük əməkdaşlıq imkanlarını müzakirə edib.

P.Sultanova

Paylaş:
629

Son xəbərlər

Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06
Bütün xəbərlər