Hindistan parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Hindistan parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir

16:16 - 21 / 09 / 2018
Hindistan parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir

Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə keçirilən təntənəli iclasda yüksək vəzifəli parlament üzvü K.H.Muniyappanın rəhbərlik etdiyi Hindistan nümayəndə heyəti iştirak edib.

Bu barədə 1news.az-a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Hindistan  parlamentinin hər iki palatasının üzvləri Çintamani Malviya və V.Vijayasai Reddynin daxil olduğu nümayəndə heyəti bu tarixi tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər.

Nümayəndə heyəti Hindistan və Azərbaycan parlamentləri arasındakı əməkdaşlığı müzakirə etmək məqsədilə Milli Məclisin birinci vitse-spikeri Zifayət Əsgərovla görüş keçiriblər.

Onlar Milli Məclisdə Azərbaycan-Hindistan parlamentlərarası İşçi qrupunun üzvləri Rüfət Quliyev və Jalə Əliyeva ilə müzakirələr apararaq, Hindistan və Azərbaycan parlamentləri arasında daha geniş mübadilələrə arzularını ifadə ediblər.

Nümayəndə heyəti ikitərəfli əməkdaşlığı müzakirə etmək məqsədilə Hindistan-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəklər.

Qonaqlar Bakı şəhərinin tarixi və mədəni məkanları, o cümlədən əsrlər boyu Hindistan zəvvarlarının ziyarət etdiyi Atəşgahla tanış olublar.

P.Sultanova

 

Paylaş:
570

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər