Hikmət Hacıyev: Təəssüf ki, National Geographic Qarabağda işğalçı rejimin təbliğatı ilə məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Təəssüf ki, National Geographic Qarabağda işğalçı rejimin təbliğatı ilə məşğuldur

16:55 - 18 / 02 / 2018
Hikmət Hacıyev: Təəssüf ki, National Geographic Qarabağda işğalçı rejimin təbliğatı ilə məşğuldur

Dünyaca məşhur nəşr olan National Geographic yaxın günlərdə rəsmi Instagram hesabında  ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan bir neçə foto yerləşdirib.

Fotolar 2011-ci ilin yayında baş turumuş toy mərasimindəndir.

National Geographic fotoların aşağısında mərasimin baş tutduğu yeri yazıb:

Dağlıq Qarabağ respublikası, Hadrud rayonu, Xsaberd kəndi.

Həmçinin fotoda qeyd edilir: Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil respublikadır.

Bunu şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu cür faktların olmasından təəssüfləndiyini qeyd edib:

“Təəssüf ki, National Geographic kimi nüfuzlu nəşr Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin təbliğatı ilə məşğuldur. Əgər münaqişədən danışsaq, ilk növbədə etnik təmizlənmə nəticəsində məcburi köçkün və qaçqına çevrilmiş 1 milyondan azərbaycanlının problemlərini qeyd etmək lazımdır. Hesab edirəm ki, bu cür materiallar Azərbaycanın işğal olunmuş ərazirlərində saxtarkar rejimin təbliğatıdır”.

Bununla yanaşı XİN sözçüsü daha əvvəllər də National Geographic müəlliflərinin bu cür materiallarına etirazını bildirdiyini də qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
988

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36
Bütün xəbərlər