Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir

16:02 - 13 / 07 / 2018
Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir

Ermənistan KİV-in Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyil.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu kimi ucuz vasitələrlə Ermənistanın yeni hakimiyyəti ilk növbədə daxili ictimaiyyəti aldatmağa çalışır:

“Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb”.

S.Xankişiyeva

 

 

Paylaş:
356

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər