Hikmət Hacıyev: Ermənistanın ATƏT yanında daimi nümayəndəliyi öz səlahiyyətlərini pozur | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın ATƏT yanında daimi nümayəndəliyi öz səlahiyyətlərini pozur

13:56 - 06 / 03 / 2018
Hikmət Hacıyev: Ermənistanın ATƏT yanında daimi nümayəndəliyi öz səlahiyyətlərini pozur

Ermənistan mətbuatı Sumqayıt hadisələri ilə bağlı növbəti uydurmaya əl atıb. Belə ki, erməni mediası Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” adından ATƏT-də separatçı rejimin “parlamenti”nin qəbul etdiyi bəyanatın yayıldığını yazıb.

Məlumata görə, bəyanat martın 2-də separatçı rejimin “Xarici İşlər Nazirliyi”nin təşəbbüsü ilə yayılıb və  orada Sumqayıt hadisələri emənilərə qarşı “soyqırım” kimi təqdim edilib.

30 il əvvəl Sumqayıtda törədilmiş iştişaşlarla bağlı kifayət qədər ətraflı faktlar, məlumatlar var. Sumqayıtdakı hadisələrin təşkilatçılarının ermənilər olduğunu və iğtişaşın baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən, Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qrupların xüsusi rol oynadığı faktlarla sübut olunub.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında da çoxlu məlumatlar, şahid ifadələri var.

Yaxın tarixdə baş vermiş bu hadisələrin mahiyyəti ermənilərə də çox yaxşı məlumdur. Amma istənilən hadisədən özlərini məzlum xalq, soyqırıma məruz qalan kimi dünyaya tanıtmağa çalışan ermənilər Sumqayıt hadisələrindən də öz çirkin maraqları üçün istifadə etməyə çalışırlar. İllərdir Türkiyəyə qarşı qondarma “erməni” soyqırımı iddiaları ilə çıxış edən ermənilər Sumqayıt da özlərinin törətdikləri hadisələrə də “genosia” donu geyindirməyə çalışırlar.

Burda başqa bir məqam isə dünyaya “DQR” adlı bir “qurumun” olduğunu sübut etməkdir. Guya ATƏT-də bəyanatın “DQR XİN”in təşəbbüsü ilə “DQR” “parlamenti” adından yayılması iddiaları da bunu göstərir. Bununla Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış və heç bir ölkə tərəfindən tanınmayan separatçı bir qurumun mövcudluğunu gündəmə gətirməyə çalışırlar.

"Ermənistan nümayəndəliyi ATƏT-in tribunasından sui-istifadə edir"

Azərbaycanın Xarici İşlər Nazirliyi(XİN) də bu addımı ermənilərin növbəti təxribatı adlandırıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 1news.az-a bildiib ki,  Sumqayıt hadisələri ilə bağlı Azərbaycanın  Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi birgə bəyanatla çıxış edib və Sumqayıt hadislərinin əsil mahiyyəti, bunun məqsədyönlü şəkildə SSRİ DTX-sı  və Ermənistan xüsusi xidmət orqanları tərəfindən təxribat kimi təşkil olunması barəsində də geniş ictimaiyyətə məlumat verilib:

“Məsələnin digər tərəfinə gəlincə, burda qondarma rejimin heç bir səlahiyyəti yoxdur. Yəni həmin separatçı rejim hər hansı bir beynəlxalq tribunadan nəsə səsləndirə bilməz.  Sadəcə Ermənistanın ATƏT yanında daimi nümayəndəliyi tərəfindən bu kimi tamamilə əsassız və təxribat xarakterli materiallar yayılır ki, bunların da heç bir əssı yoxdur”.

H.Hacıyev əlavə edib ki, Azərbaycanın qeyd edilən bəyanatı ATƏT daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda yayılıb:

“Ermənstan tərəfi bununla guya cavab verməyə çalışır. Amma Baş Prokurorluq və XİN-in bəyanatı  ATƏT daxil olmaqla, bütün beynəlxlq təşkilatlarda yayıldı.  Beynəlxalq ictimaiyyətin diqqətinə təkzibolunmaz faktlarla bir daha çatdırıldı ki, Sumqayıt hadisələrinin arxasında nə dayanır. Ermənistan bu gün Sumqayıt hadisələrindən ucuz bir təbliğat məqsədilə istifadə etməyə çalışır, amma ortaya heç bir fakt qoya bilmir. Çünki hər hansı faktdan danışmağa əsasları yoxdur. Amma Azərbaycan tərəfindən bu hadisələrin məqsədyönlü təxribat olmasına dair istintaq materialları, təkzibolunmz və əsaslı faktlar bir daha beynəlxalq ictimaiyyətə çatdırıldı”.

H.Hacıyev vurğulayıb ki, “Dağlıq Qarabağ”  “XİN”i  adlı anlayış yoxdur:

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz, qondarma rejim var. Bu da işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində Ermənistn tərəfinin öz cinayətlərini gizlətmək üçün yaradılıb”.

XİN rəsmisi hesab edir ki, Ermənistanın ATƏT yanında daimi nümayəndəliyi öz səlahiyyətlərini pozur və ATƏT-in tribunasından sui -istifadə edərək bu kimi yalançı, dezinformasiya xarakterli materialları yaymağa çalışır: “Amma yerindəcə Azərbaycanın ATƏT yanında nümayəndəliyi onların layiqli cavabları verir. Hər halda qondarma rejim adından guya belə bir bəyanatın yayılması Ermənistan mediasının təqdim etdiyi materialdır və təxribat xarakteri daşıyır”.

P.Sultanova

Paylaş:
1146

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər