Hikmət Hacıyev: Azərbaycan insan hüquqlarının siyasiləşdirilməsinin əleyhinədir
İnsan hüquqlarının siyasiləşməsinin son tendensiyalarını müşahidə edirik.
1news.az xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Tvitter” səhifəsində yazıb.
O qeyd edib: “Azərbaycan insan hüquqlarının siyasiləşdirilməsi və bundan dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinin əleyhinədir. Beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərindən çıxış edərək, ölkələrin daxili işlərinə müdaxilə olunması qəbuledilməzdir”.
P.Sultanova
570