Hikmət Babaoğlu: “Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hikmət Babaoğlu: “Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir

17:14 - 17 / 10 / 2018
Hikmət Babaoğlu: “Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir

Bu günlərdə Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” dərc olunub. Son hesabatda Azərbaycan bir sıra indiqatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb.

Yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq, 68 yeni indikator daxil edilməklə aparılıbdır. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alınmamasına baxmayaraq, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisi deputatı vurğulayıb ki, bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıbdır. Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adları qeyd olunan indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq çəkilir, hətta bir sıra göstəricilər üzrə Azərbaycan birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm bir göstəricidir.

Eyni zamanda, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib. Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu, o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir.

H.Babaoğlu qeyd edib ki, bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək.

1news.az

Paylaş:
405

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər