Hikmət Babaoğlu: Ermənistandakı iğtişaşlar hərbi xunta rejiminə qarşı etirazdı | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: Ermənistandakı iğtişaşlar hərbi xunta rejiminə qarşı etirazdı

16:41 - 19 / 04 / 2018
Hikmət Babaoğlu: Ermənistandakı iğtişaşlar hərbi xunta rejiminə qarşı etirazdı

Ermənistanda baş verən iğtişaşlar Ermənistan vətəndaşlarının uzun illərdir hərbi xunta rejiminin həyata keçirdiyi təcrid siyasətinə qarşı etirazdır. Bu ölkədə həyat səviyyəsi çox aşağıdır, işsizlik və yoxsulluq səviyyəsi həddindən artıqdır.

Bunu AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, miqrasiya və demoqrafik problemlər, əhalinin sayının azalması ermənilərin genefondunu təhdid edən həddə çatıb. Ona görə də ermənilər növbəti mərhələni də qatil Sarkisyan rejiminin zülmü altında keçirmək istəmir. Əgər ənənəvi olaraq Ermənistandakı mövcud regionçuluq problemləri də nəzərə alınsa, o zaman demək olar ki, Yerevan erməniləri “Qarabağ klanı” kimi tanınan və legitimliyi əsla qəbul edilməyən bu quldur dəstəsindən birdəfəlik qurtulmaq istəyirlər.

Milli Məclisin deputatı qeyd edib ki, yeni seçilən prezident yerevanlı olsa da, əlində real hakimiyyət rıçaqları yoxdur və bundan sonra da Ermənistanı de-fakto baş nazir Serj Sarkisyan idarə edəcək. Bu isə o deməkdir ki, problemin kökləri daha da dərindir və siyasi qarşıdurma və ziddiyyətlər bundan sonra da artmaqda davam edəcək:

"Hətta prezident Armen Sarkisyanın tərəfdarları olan siyasi mərkəzlər də baş nazir Serj Sarkisyana qarşı bu etirazı gizli şəkildə dəstəkləyirlər. Aydın məsələdir ki, Ermənistanın regionda səfil və dilənçi dövlət halına düşməsinin əsas səbəbi onun işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçı ölkəni bütün regional və qlobal layihələrdən kənarda qoymasıdır. Sıravi ermənilər bunu yaxşı başa düşürlər və işğal faktı ortadan qalxmayanadək də vəziyyətin dəyişməyəcəyini bilirlər. Ona görə də etirazçılar özlərində cəsarət tapıb Ermənistan hakimiyyətini nə qədər tez işğalçılıq siyasətindən əl çəkməyə çağırsalar, vəziyyət bir o qədər də onların xeyrinə olar.

Ancaq erməni cəmiyyəti mövcud hakimiyyətin təkcə idarəetmə işğalı altında deyil, həm də ideoloji işğalı altındadır. Ona görə də ermənilər işğalçılıq siyasətinə son qoymaqla bağlı çağırışlar etməyə hələ o qədər də hazır deyillər. Seçkilər zamanı bəzi siyasi qüvvələrin bu məsələni açıq şəkildə gündəmə gətirməyə cəsarət etmələri belə deməyə əsas verir ki, nə vaxtsa etirazçılar bu addımı da ata bilərlər. Əsas məsələ isə odur ki, ermənilər artıq başa düşürlər ki, ümid etdikləri kimi, Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəklər".

1news.az

Paylaş:
419

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər