Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb – FOTO

15:34 - 13 / 08 / 2019
Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb – FOTO

Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb.

1news.az-a Fondun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.

Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.

Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.

Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və 3 gün ərzində paylanılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

S.Xankişiyeva

Paylaş:
436

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23
Bütün xəbərlər