Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib - FOTO

17:44 - 16 / 06 / 2018
Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib - FOTO

Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bütün lazımı avadanlıqlarla təchiz olunmuş müasir təcili tibbi yardım maşını rayon rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən F.Muradov Azərbaycanın Gürcüstanla münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.

Qardabani rayonunun rəhbəri Ramaz Budaqaşvili təcili tibbi yardım maşınına görə minnətdarlığını bildirib. O qeyd edib ki, rayonun bu cür təcili tibbi yardım maşınına böyük ehtiyacı olub.

Qeyd edək ki, Heydər Əliyev Fondu Gürcüstana iki təcili tibbi yardın maşını hədiyyə edib. Onlardan biri ötən gün azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonunun rəhbərliyinə təqdim olunub.

S.Xankişiyeva

 

Paylaş:
592

Son xəbərlər

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:53
Bütün xəbərlər