Heydər Əliyev Fondu Ağdam rayonunda sakinlərlə görüşlər keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Ağdam rayonunda sakinlərlə görüşlər keçirib – FOTO

18:40 - 09 / 11 / 2017
Heydər Əliyev Fondu Ağdam rayonunda sakinlərlə görüşlər keçirib – FOTO

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.

Fonddan 1news.az-a verilən məlumata görə, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi  istiqamətində fəaliyyət göstərir.

RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.

Bu dəfəki görüşün 9 noyabr – Dövlət Bayrağı Gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın təbrikini görüş iştirakçılarına çatdırıb.

Anar Ələkbərov üçrəngli bayrağımızın Azərbaycanın bütün bölgələrində - Ermənistanın işğalı altında olan rayonlarımızda da dalğalanacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdəki layihələri barədə məlumat verilərək bildirilib ki, RİİB-ə daxil olan ictimai xarakterli müraciətlərin hər birinə diqqətlə yanaşılır və onların həlli istiqamətində iş aparılır.

RİİB tərəfindən gənclərin bacarıq və qabiliyyətlərinin inkişafı, təhsil imkanlarının genişləndirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.

Anar Ələkbərov RİİB-in fəaliyyəti dövründə yüksək nəticələr əldə olunduğunu və gələcəkdə bölgələrdə həyata keçirilən layihələrin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. “Biz sizi RİİB-in fəaliyyətini yaxından izləməyə və layihələrdə daha fəal iştiraka çağırırıq. Layihələrimizi siz gənclərə arxalanaraq həyata keçiririk”, - deyə Anar Ələkbərov bildirib.

O, gəncləri RİİB-in rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, ictimai birliyin “Qaynar xətti” vasitəsilə təklif və müraciətlərini çatdırmağa, təşkilatın elekton platformalarında fəal olmağa çağırıb.

Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. O,  bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Fond daim uğurlu layihələr həyata keçirir və RİİB-in də onların sırasındadır.

Millər vəkili qeyd edib ki, RİİB ilk dəfə Azərbaycanın bölgələrində könüllülük hərəkatının formalaşmasına və fəal gəncləri ətrafında toplamağa nail olub. “RİİB sizinlə birgə uğur qazana bilər”, - deyə Fuad Muradov bildirib. 

Görüşdə Ağdam rayon gəncləri müxtəlif təklif və müraciətlərlə çıxış ediblər. Qeyd olunub ki, RİİB-in Ağdam rayonunda həyata keçirdiyi layihələrdə iştirak edən 20 nəfər işlə təmin olunub.

Görüşdə, həmçinin Ağdam rayon orta ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticə əldə etdikləri, bu il 519 nəfərin ali məktəblərə qəbul olunduğu bildirilib. Həmin gənclərdən bəzilərinin ödənişli əsaslarla təhsil aldıqları qeyd edilib və onların təhsil haqqının ödənilməsinə, eləcə də müalicəyə ehtiyacı olan bəzi sakinlərə dəstək göstərilməsi təklif olunub.

Daha sonra Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailələrinə qayğının daim Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğu qeyd edilib.  Anar Ələkbərov veteranların gənclərin milli, vətənpərvər ruhda yetişməsi istiqamətində layihələrə dəstək verməsinin vacib olduğunu bildirib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunandan sonra ilk görüşü məcburi köçkünlərlə olub, onların mənzillə bağlı problemləri həllini tapıb, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Mehriban Əliyevanın təşəbbüsü ilə yüksək texnologiyalı protezlərlə təmin edilib. Emin Həsənli şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin bu addımları yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş bəzi sakinlərin əlil arabaları ilə təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Anar Ələkbərov qaldırılan məsələlərin araşdırılacağını və müvafiq köməklik göstəriləcəyini bildirib.

Daha sonra  Ağdam Rayon Mərkəzi Xəstəxanasına bir ədəd təcili tibbi yardım maşını təqdim olunub. Qeyd edək ki, rayon ərazisində 95 min nəfərə qədər əhali yaşayır. Əhali sıxlığını və çağırışların çoxluğunu nəzərə alaraq xəstəxana üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səhiyyə Nazirliyi əlavə bir ədəd təcili tibbi yardım maşını ayırıb.

Heydər Əliyev Fondunun nümayəndələri, həmçinin Ağdam Muğam Mərkəzinin tikintisinin gedişi ilə tanış oublar.

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunur. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Burada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.

Mərkəz Azərbaycan xalqının zəngin milli-mənəvi sərvəti olan muğamın yaşadılması və təbliği məqsədilə inşa olunur.

Heydər Əliyev Fondunun nümayəndələri Ağdam rayonunda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib, bu görüşlərin davamı olaraq kəndlərdə müxtəlif ailələrdə, o cümlədən  şəhid ailəsində görüşdə olublar.

Görüşlərdə RİİB-in layihələrində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd olunub. RİİB-in müxtəlif regionlarda nümayəndələrinin fəaliyyət göstərdiyi, hər bir kəsin daim təkliflərlə onlara müraciət edə biləcəkləri qeyd olunub.

1news.az

Paylaş:
883

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər