Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib – FOTO

11:34 - 25 / 04 / 2019
Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib – FOTO

Moskvada IV Beynəlxalq SKYSERVICE 2019 Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  Heydər Əliyev Beynəlxalq Hava Limanı səyahətçi-bloqerlərin versiyası üzrə 10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilmişdir.

Bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndirmişdirlər.

Bu il ekspert-bloqerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed)olmuşdur.

Bloqerlərin hər biri 10 şəhəri ziyarət etmişdir: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya).

Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və s. qiymətləndirmişdirlər.

Bu, Heydər Əliyev Beynəlxalq Hava Limanının bu il ərzindəki artıq ikinci mükafatıdır. Mart ayında paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti “Skytrax”ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilmişdir.

S.Xankişiyeva

Paylaş:
444

Son xəbərlər

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04
Bütün xəbərlər