Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır – FOTO

09:13 - 19 / 09 / 2018
Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır – FOTO

Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranmışdır.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bu məqsədlə, sentyabrın 18-də Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının Direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin Vitse-prezidenti Kora Tanqın (Cora Tаng) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində  yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti “Azərbaycan Hava Yolları” aviaşirkətinin, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və “Silk Way” şirkətlər qrupunun nümayəndələri ilə görüşmüşdürlər. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olmuşdurlar. 

AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunmuşdur. Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş etmişdir.

Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan böyük turizm potensialına malikdir. “Azərbaycan Hava Yolları” tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edilmişdir.  Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcəkdir.

Tərəflər həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirmişdirlər.

Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunmuşdur. 

Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və “Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanmışdır.

Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.

2014-cü ildə fəaliyyətə başlayan “Ehang Intelligent Equipment” şirkəti innovativ aviasiya avadanlıqlarının layihələşdirilməsi və istehsalı və sənayenin müxtəlif sahələrində tətbiq edilməsi üçün intellektual uçuş aparatlarının hazırlanmasında ixtisaslaşmışdır.

İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir. 

Sənədə əsasən, xüsusilə Çinin “Abraham Technology Limited” (www.abraham.tech) və “Guangzhou Ehang Intelligent Technology Co. Ltd” (www.ehang.com ) şirkətlərinin nümayəndələri Azərbaycan tərəfinə aşağıdakı sahələrdə dəstək verməyə hazır olduqlarını bildirmişdirlər:

  • “Command & Control Centre” (CCC) dronların fəaliyyətinə vahid komanda nəzarət və idarəetmə mərkəzinin yaradılması və dronların uçuşlar üçün bağlı zonalarda fəaliyyətinə yolverilməməsi vasitəsilə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdikdən sonra pilotsuz uçuş aparatlarının uçuşlarına nəzarət üçün AZANS çərçivəsində infrastrukturun inkişafı;
  • Pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində təlimlər;
  • Azərbaycan bazarında tələbata uyğun olaraq mülki pilotsuz aparatların parkının yaradılması;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının yığılması və onlara xidmət göstərilməsi, həmçinin bu sahədə bütün MDB ölkələri üçün təlim mərkəzi olacaq Azad İqtisadi Zonanın (AİZ) yaradılması və inkişafı.

Tərəflər bu layihənin həyata keçirilməsi məqsədilə birgə planının hazırlanması və informasiya mübadiləsi üçün birgə işçi qrupu yaradacaq.

Qeyd edək ki, 14 milyon nəfərdən çox əhali və 341 milyard dollar həcmində ÜDM-ə malik Quançjou Çinin böyüklüyünə görə Şanxay və Pekindən sonra üçüncü şəhəridir. Şəhər Çinin ən iri turizm, sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quançjouda iki Azad İqtisadi Zona fəaliyyət göstərir, yüzə yaxın müxtəlif növ malların topdansatış bazarları və yüz minlərlə sənaye müəssisələri, fabrik və zavodlar (gəmiqayırma, maşınqayırma, tekstil və yeyinti sənayesi üçün avadanlıqlar, kiçik məişət texnikası istehsalı üzrə) yerləşir.

S.Xankişiyeva

 

 

Paylaş:
403

Son xəbərlər

Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58
Bütün xəbərlər