Həyatdan zövq almaqdan utanmayın, sağlamlığınızın qeydinə THTC qalar - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Həyatdan zövq almaqdan utanmayın, sağlamlığınızın qeydinə THTC qalar - FOTO

10:15 - 13 / 12 / 2017
Həyatdan zövq almaqdan utanmayın, sağlamlığınızın qeydinə THTC qalar - FOTO

Tibbi turizm dünyada artıq təcrübədən keçmiş bir anlayışdır. Bu istiqamət iki sahənin: səhiyyə və turizmin inkişafı nəticəsində yaranıb.

Onun məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən pasientlərə ölkə daxilində və ya xaricində diaqnostika, müalicə və reabilitasiya üçün qiymət və keyfiyyət baxımından uyğun klinikanı tapmağa kömək etməkdir. Bundan əlavə, tibbi turizm pasient və onu müşayiət edən şəxslərin səyahət boyu və müalicə müddətindəki qonaqlama prosesində maksimal dərəcədə rahatlığını təmin edir.

Bu gün səhiyyə turizmi Azərbaycanda yeni-yeni yaranmağa başlayan sahədir. Buna görə də bu sahənin artıq mövcud olduğu və inkişaf etdiyi ölkələrin təcrübələrini araşdırmaq çox vacibdir.

Nümunə üçün uzağa getmək lazım deyil. Çoxları üçün artıq sirr deyil ki, dünyada səhiyyə turizminin əsas mərkəzlərindən biri Türkiyədir.

İnkişaf etmiş ölkələrdə müalicə xərclərinin artırılması pasientlərin yeni bir tələbinin ortaya çıxmasına təkan verdi: yüksək səviyyəli tibbi xidmətin əlavə üstünlüklərlə birgə uyğun qiymətə təklifi.

Türkiyə bundan çox uğurla istifadə etdi. Son onillikdə həm dövlət, həm də özəl investorlar tərəfindən göstərilən dəstək nəticəsində qərb səhiyyəsinin uğurlu təcrübələrindən istifadə edilərək daha uyğun şərtlərlə yenilikçi və yüksək texnologiyalı tibb sənayesi yaradıldı. Bundan əlavə, Türkiyədə turizm infrastrukturu da xeyli inkişaf edib. Bu da öz növbəsində əcnəbi pasientlərin səyahəti və qonaqlamasına rahat şərait yaradır.

2005-ci ildə beynəlxalq səhiyyə turizmi və əcnəbi pasientlərə kömək məqsədilə Türkiyə Səhiyyə Turizmi Assosiasiyası (THTC) yaradıldı. Bu gün THTC səhiyyə sahəsində nəinki Türkiyədə, bütün dünyada ən böyük assosiasiyalardan biri hesab olunur. Dövlət xəstəxanaları, özəl klinikalar, termal və tibbi SPA mərkəzləri, hotellər, turizm agentlikləri, sağlamlıq kompleksləri, köməkçi şirkətlər olmaqla 317 üzvə malikdir. Bundan başqa dünyanın 85 ölkəsində 144 nümayəndəliyi fəaliyyət göstərir.

İnkişaf etmiş infrastrukturun və yüksək tibbi xidmətə qarşılıq uyğun qiymət təklifi sayəsində hər il Türkiyəyə dünyanın müxtəlif yerlərindən diaqnostika və müalicə üçün 1 milyon insan səfər edir. Bu, heç təəccüblü deyil. Çünki, Türkiyə bu gün səhiyyənin bütün sahələri üzrə Avropa və ümumiyyətlə dünyanın aparıcı ölkələri ilə eyni sırada durur. Həkimlərin çoxu Almaniya və Avropanın digər ölkələrində çoxillik iş təcrübəsinə malikdir. Buna baxmayaraq, Türkiyədə tibbi xidmətlərin xərci Qərbi Avropa, Amerika və İsrailə baxanda daha əlçatandır. Türkiyədəki ən yaxşı klinikalar pasientlərə göstərilən tibbi xidmət üzrə “JCI və TEMOS International” beynəlxalq keyfiyyət standartı sertifikatına sahibdir.

2015-ci ilin aprelindən Azərbaycanda THTC ofis zənciri – “Gilan Turizm” fəaliyyət göstərir. Bu vaxta qədər onlar tərəfindən 6 təklif və 2 seminar işlənib. Ştatında 16 əməkdaşı olan “Gilan Turizm” agentliyi Azərbaycanda mövcud olan ən böyük Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyalarından biridir. “Gilan Turizm”in fəaliyyət sahəsinə, biletlərin təmin olunması, sığorta, turlar, mehmanxanaların sifarişi, viza dəstəyi, eləcə də Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla 50-ə yaxın şirkətin xidmətləri daxildir.

Biz sizə dəyişməz qiymət, bütün növ xidmətlərin vahid ofisdən təşkili, “Gilan Turizm” tərəfindən zəmanət, eləcə də peşakarlarla iş təklif edirik.

Türkiyə Səhiyyə Turizmi Assosiasiyası klinika seçimində kömək etməklə yanaşı, əcnəbi pasientlərə başqa üstünlüklər də təqdim edir:

- “Turkish Airlines” avia şirkətilə uçuş üçün pasient və onu müşayiət edən 2 şəxsə 50% endirim;

- Türkiyədə hoteldə qalmaq üçün 50% endirim;

- Tibbi sənədlərin ödənişsiz tərcüməsi;

- Hava limanından klinikaya ödənişsiz transfer;

- Ödənişsiz tərcüməçinin təmin olunması.

Türkiyədə müalicə üçün daha ətraflı məlumatı (+994 12) 404-31-85,  (+994 50) 290-27-40  nömrələrindən və Səhiyyə Turizmi Assosiasiyasının saytından əldə edə bilərsiniz: https://map2heal.com

Reklam hüququnda

 

  

 

 

 

 

Paylaş:
680

Son xəbərlər

İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35
Bütün xəbərlər