“Heritage Foundation”un eksperti Ermənistandakı etirazlara dair Qərb mətbuatının susqunluğu barədə | 1news.az | Xəbərlər
Ermənistan

“Heritage Foundation”un eksperti Ermənistandakı etirazlara dair Qərb mətbuatının susqunluğu barədə

15:12 - 23 / 04 / 2018
“Heritage Foundation”un eksperti Ermənistandakı etirazlara dair Qərb mətbuatının susqunluğu barədə

Beynəlxalq siyasət sahəsində amerikalı ekspert, Amerikanın “Heritage Foundation” təşkilatının Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Lyuk Koffi Ermənistanda hazırkı hakimiyyətə qarşı keçirilən kütləvi etirazların nə Qərb mətbuatını, nə də rəsmi strukturları bir o qədər də maraqlandırmadığına diqqət edib.

“Ermənistanda ciddi etirazlar. Qərb mətbuatı maraq göstərmir. Hadisələr ciddi regional nəticələrə səbəb ola bilər. Müxalifətin əsas lideri Paşinyan həbs edilib. Hazırkı lider Sarkisyan hakimiyyətini birləşdirir. Əgər bunlar Azərbaycanda baş versəydi hüquq müdafiəsi ilə məşğul olan təşkilatlar bu barədə qışqırardılar. Ermənistana münasibətdə isə onlar susqunluq nümayiş etdirirlər”- deyə, L.Koffi “Tvitter” səhifəsində yazıb.

Artıq 10 gündür ki, İrəvanda kütləvi etiraz aksiyaları keçirilir: insanlar baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Son 10 il ərzində ölkəni idarə edən Sarkisyan səmərəsiz idarəetmədə və iqtisadi vəziyyətdəki ciddi pisləşmədə ittiham olunur. İnsanlar küçələrə axın edərək “Serj, get!”, “Addım at, Serji devir!”, “Azad, müstəqil Ermənistan!” kimi şüarlar səsləndirirlər.

“Mənim addımım” adlı etiraz hərəkatının lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan bazar günü hazırkı baş nazir Serj Sarkisyanla görüşdən sonra həbs edilib.

Paşinyanla yanaşı müxalifətyönlü deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyan da saxlanılıblar.

Qeyd edək ki, Ermənistan polisinin yaydığı məlumata görə, bazar günü baş verən toqquşmalar zamanı 228 aksiya iştirakçısı saxlanılıb. Ümumilikdə saxlanılan şəxslərin sayı isə 280 nəfərdir.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər