Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu – VİDEO

17:48 - 16 / 01 / 2018
Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu – VİDEO

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da aparılan islahatlar müsbət nəticəsini verib. İstər şəxsi heyətin döyüş hazırlığı, istərsə də  ruh yüksəkliyinin artırılması və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb.

Xidməti fəaliyyət ilə yaxından tanış olduğumuz bu hərbi hissə də dediklərimizi bir daha sübut edir. Burada şəxsi heyət üçün hər cür şərait yaradııb ki, bu da xidmətə başlayan gənc əsgərlərin bir hərbi qulluqçu kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir.

Hərbi hissəyə gətirilən çağırışçıların ilkin olaraq qəbulu həyata keçirilir. Hərbidə ilk addımlarını atan gənclər bir qədər həyəcanlıdırlar. Buna baxmayaraq hərbi hissə onlar üçün çox maraqlıdır.
Şəxsi heyətin saglamlığı çox vacibdir. Xidmətə başlamazdan əvvəl çağırışçılar tibbi müayinəyə cəlb olunurlar. Çağırışcılar bütün həkimlərdən keçəndən sonra onların tibbi kitabçalarında müvafiq qeydlər aparılır.

Ümumiyyətlə isə hərbi hissədə şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş məntəqə fəaliyyət göstərir.

Həkim müayinəsindən sonra çağırışçılar psixoloqlarla söhbətlərə cəlb olunurlar. Gənclərlə ilkin tanışlıq zamanı onların psixi sağlamlıqlarının qiymətləndirilməsinə, şəxsi keyfiyyətlərinin aşkarlanmasına, hərbi xidmət şəraitinə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır.

Növbəti mərhələdə çağırışçıların qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır. Hərbi biletlərindəki məlumatlar çağırışçılarla dəqiqləşdirildikdən sonra müvafiq bölmələrə təyin olunurlar.

Daha sonra çağırışçıların saçları səliqəyə salınır. Növbəti mərhələdə gənc əsgərlər paltar və digər şəxsi əşyalarla təmin edilirlər. Artıq yuyunmaq üçün hamama yollanmaq olar.

Soyuq qış aylarında hərbi hissəni daim isti su və istilik sistemi ilə təmin etmək üçün müasir tələblərə uyğun qazanxana fəaliyyət göstərir. Burada quraşdırılmış suqızdırıcılar vasitəsilə şəxsi heyət sutkada 24 saat istiliklə təmin olunur. Bundan əlavə, hərbi hissənin çamaşırxanasında quraşdırılan müasir paltaryuyan, quruducu maşınlar və yataq ağlarının ütülənməsi ücün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq ağları ilə təmin edir.

Şənbə və bazar günləri şəxsi heyətin yuyunma günləridir. Gördüyümüz bu müasir hamamda şəxsi heyət rahatlıqla yuyunur, təmiz paltarla təmin edilir.

Hərbi hissəsinin ərazisində yerləşən yeməkxana böyüklüyü və səliqə-səhmanı ilə göz oxşayır. Hərbi hissəyə gətirilən ərzaq məhsulları müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralarda saxlanılır. Bu kameralarda ət, balıq, toyuq məhsulları, meyvə, tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır. Yeməkxananın mətbəxində müasir avadanlıq quraşdırılıb ki, bu da bütün növ yeməkləri hazırlamağa imkan verir. Burada əsas üstünlük milli yeməklərə verilir. Şəxsi heyət hər gün üç dəfə kolorili isti yeməklə təmin olunur.

Xanım aşpazlarımızın qayğı ilə hazırladığı yeməklər ev yeməyindən heç nə ilə fərqlənmir.
Şəxsi heyətin fiziki hazırlığı ən vacib məsələlərdən biridir. Hərbi hissədə salınmış idman şəhərciyində əsgərlərimiz günün nizam tələblərinə uyğun olaraq hər gün səhər və axşam idman məşğələləri keçirlər.

Ordumuzun gücü dövlətimizin qürurudur. Azərbaycan Ordusunun ən ali məqsədi ərazi bütövlüyümüzü bərpa etmək, dövlətimizin gücünü, qüdrətini artırmaqdır.

1news.az

Paylaş:
666

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər