1news.az

Hərbi hissələrdə bayram tədbirləri keçirilib - FOTO

31 Dekabr saat 17:24 ~ 1 dəqiqəlik oxu 316
Hərbi hissələrdə bayram tədbirləri keçirilib - FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, onlara bayram sovqatları çatdırılıb.

Şəxsi heyət bayramlarla əlaqədar şəhid məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub.

Təntənəli mərasimlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net