1news.az

Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

22 Fevral saat 11:51 ~ 1 dəqiqəlik oxu 179
Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edib.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net