“Hər ailə ağac əksin” aksiyası çərçivəsində 8 minə yaxın ağac tingi paylanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hər ailə ağac əksin” aksiyası çərçivəsində 8 minə yaxın ağac tingi paylanılıb

17:41 - 12 / 11 / 2018
“Hər ailə ağac əksin” aksiyası çərçivəsində 8 minə yaxın ağac tingi paylanılıb

“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya bu gün Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. 

Xatırladaq ki, 9 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində  “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.

Nazirlikdən bildiriblər ki, 17 noyabr tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

1news.az

Paylaş:
391

Son xəbərlər

Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08
Bütün xəbərlər