Həmsədrlərin regiona səfəri başlayıb
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri başlayıb.
1news.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Vasitəçilər İrəvanda baş nazir Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcəklər.
Daha sonra onlar Bakıya gələcəklər.
Xatırladaq ki, martın birinci yarısında ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın regiona səfəri gözlənilir.
P.Sultanova
571