Həmsədrlər XİN rəhbərlərinin növbəti görüşünün yeri və tarixi barədə təkliflər verəcəklər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi barədə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təkliflər gələcək.
1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək:
“Azərbaycan Dağlıq Qarabağ münaqşisənin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır”- deyə, H.Hacıyev əlavə edib.
P.Sultanova
263