Həmsədrlər Ermənistana səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Ermənistana səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar

16:05 - 14 / 06 / 2018
Həmsədrlər Ermənistana səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfərlərinin yekunu  ilə bağlı bəyanat yayıblar.

1news.az  ATƏT-in saytına istinadən xəbər verir ki, bəyanatda vasitəçilərin 12-14 iyun tarixlərində Ermənistanda səfərdə olduqları və xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan, Ermənistan prezidenti Armen Sarkisyanla görüşdükləri qeyd edilib.

Görüşlərdə prosesi irəli aparmaq istiqamətində növbəti addımlar, xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü müzakirə edilib. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıblar və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar. 

Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində kömək göstərməyə sadiqlik olduqlarını təsdiqləyiblər.

Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar. 

1news.az  

 

 

Paylaş:
327

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər