Həmsədrlər Ermənistan rəhbərliyi ilə iyunda görüşəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan rəhbərliyi ilə görüşü iyun ayında baş tutacaq.
1news.az “aysor.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
O bildirib ki, həmsədrlərin bəyanatında vurğulandığı kimi Ermənistan hakimiyyəti ilə görüşü iyun ayında keçiriləcək.
Xatırladaq ki, dünən vasitəçilər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
1news.az
399