Həmsədr: Qarabağda vəziyyət sabitləşib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.
1news.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir:
" Həmçinin, iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq".
1news.az
486