Həmkəndlisini qətlə yetirən tələbənin evi daşa basılıb – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmkəndlisini qətlə yetirən tələbənin evi daşa basılıb – TƏFƏRRÜAT

17:02 - 25 / 12 / 2018
Həmkəndlisini qətlə yetirən tələbənin evi daşa basılıb – TƏFƏRRÜAT

Bakıda həmkəndlisini qətlə yetirən Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Rauf Murğuzovun rayondakı ata evi daşa basılıb.

Bu barədə kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, qətli törədən R. Murğuzov həbs olunmasına baxmayaraq, öldürdüyü həmkəndlisi Elman Xəlilovun qadın qohumları evi daşa basıb, şüşələrini sındırıblar.

Yeniavaz.com məsələ ilə bağlı Dağ Kəsəmən kənd icra nümayəndəsinin müavini Anar İsmayılovla əlaqə saxlayıb. A.İsmayılov belə bir hadisənin baş verdiyini təsdiqləyib: “Qətlə yetirilən Elman Xəlilov həqiqətən çox mərifətli bir oğlan idi. Kənddə ona dərs deyən müəllimlərlə əlaqə saxladıq, onlar da bunu təsdiqlədilər. Öz biliyinə güvənən, istedadlı şagirdlərdən olub, məktəbi bitirib ali məktəbə daxil olmuşdu. Ona görə də belə bir gəncin qətlə yetirilməsi qohumlarını sarsıdıb. Qadınlar cinayəti törədən Rauf Murğuzovun böyüdüyü kənddəki evin qarşısına gələrək, daşlayıblar. Ancaq polislər bunun qarşısını alıblar və hazırda ev mühafizə olunur”.

İcra nümayəndəsinin müavini hadisəni törədən R. Murğuzovun kənddə idmançı kimi tanındığını, ancaq onun barəsində indiyədək narazılıq eşitmədiyini bildirib: “O da pis uşaq deyildi, amma niyə belə edib, başa düşmürük. Hadisənin nəyin üstündə baş verməsi barədə dəqiq məlumatımız yoxdur, polis araşdırır. Bəzi saytlar isə mübahisənin səbəbi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar”.

 “Daşa basılan evdə hazırda kim yaşayır?” sualımıza icra nümayəndəsinin müavini belə cavab verdi: “Cinayəti törədən şəxsin anası Bakıdadır. Kənddəki evləri boşdur. Onun həyat yoldaşı isə bir neçə il öncə xəstəlikdən dünyasını dəyişib. Raufun anası bir neçə ildir onunla Bakıda kirayədə yaşayırdı”.

Qeyd edək ki, Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu qətlə yetirib.

Qətlə yetirilən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.

S.Xankişiyeva

 

Paylaş:
572

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər