Havanın temperaturu artır: Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu artır: Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

13:19 - 26 / 04 / 2018
Havanın temperaturu artır: Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru  bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Səhər zəif duman olacaq. Cənub küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 19-24,  Bakıda gecə 9-11, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
379

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər