Havanı çirkləndirən zavodla bağlı toplanmış sənədlər məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanı çirkləndirən zavodla bağlı toplanmış sənədlər məhkəməyə göndərilib

17:41 - 19 / 09 / 2018
Havanı çirkləndirən zavodla bağlı toplanmış sənədlər məhkəməyə göndərilib

Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi  “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib.  

1news.az-ın məlumatına görə, Nazirliyin əməkdaşları tərəfindən müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti  monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin Yol Verilən Qatılıq Həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən “məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.

Faktla bağlı “Bakı Fəhləsi Maşınqayırma  Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən  2018-ci ilin iyul ayında  “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılmış və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilmişdi. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

1news.az

Paylaş:
442

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər