Hava Hücumundan Müdafiə Qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hava Hücumundan Müdafiə Qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib - FOTO

19:30 - 20 / 10 / 2017
Hava Hücumundan Müdafiə Qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə Qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi hissənin sərəncamında olan ən müasir silah və döyüş texnikası aerodinamik hədəflərin və ballistik raketlərin, eləcə də bütün növ digər hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Daha sonra yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb.

Peşəkar bacarıq və bilik nümayiş etdirən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən müdafiə naziri Hərbi Hava Qüvvələrinin komandanlığına müvafiq tapşırıqlar verib.

1news.az

Paylaş:
1605

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər