1news.az

Haşoqqinin qətlinin səbəbi məlum oldu – VİDEO

22 Oktyabr saat 09:29 ~ 1 dəqiqəlik oxu 1419
Haşoqqinin qətlinin səbəbi məlum oldu – VİDEO

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən “Washington Post” nəşrinin jurnalisti Camal Haşoqqi təşviş içində boğulub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters”ə Səudiyyə Ərəbistanı hökumətindəki mənbə məlumat verib.

Mənbə iddia edir ki, Ər-Riyad 59 yaşlı jurnalisti ölkəyə qaytarmaq üçün 15 nəfərlik nümayəndə heyətini İstanbula göndərib.

Görüş zamanı onlar Haşoqqini hədələməyə başlayıblar, jurnalisti oğurlayacaqlarına söz veriblər.

Haşoqqi müqavimət göstərməyə və köməyə çağırmağa başlayıb. Bu səbəbdən təşvişə düşən nümayəndə heyətinin üzvləri onun ağzını bağlamağa çalışıblar, lakin güclərini hesablamayıblar, və Haşoqqi ölüb.

Mənbə bildirir ki, qətldən sonra əməliyyat üzvlərindən biri jurnalistin paltarını geyinib konsulluqdan çıxıb. Bu, Haşoqqinin guya diplomatik nümayəndəliyi sərbəst şəkildə tərk etdiyini müşahidə kamerasına düşməsi üçün edilib. Əslində isə Haşoqqinin cəsədini xalçaya bükərək İstanbuldan 90 kilometr kənarda meşəliyə çıxarıblar.

Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, Haşoqqi dissidentlərin vətənə qaytarılması təşəbbüsü çərçivəsində Səudiyyə Ərəbistanına aparılmalı idi.

Haşoqqinin son video reportajını təqdim edirik:

Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşətli detal: qatillərdən biri ortadan götürüldü – VİDEO

Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net