Harvard Biznes Məktəbinin məzunu Elnurə Həşimovanın uğurunun sirri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Harvard Biznes Məktəbinin məzunu Elnurə Həşimovanın uğurunun sirri – FOTO

10:45 - 22 / 06 / 2018
Harvard Biznes Məktəbinin məzunu Elnurə Həşimovanın uğurunun sirri – FOTO

Elnurə Həşimova Harvard Biznes Məktəbində (HBS) Liderliyin İnkişafı Proqramının (PLD) məzunudur.

E.Həşimova proseslərin avtomatlaşdırılması, bank, sığorta, mehmanxana işi, istehlakçı ticarət də daxil olmaqla bir sıra sahələrdə 15 ildən çox idarəçilik təcrübəsinə malikdir.

Öz peşəsini tapmaq həvəsi onu “Starbucks” şirkətinə gətirir. Burada o, gözlənilməz fiziki təcrübə ilə qarşılaşaraq inkişafa sahib olur.

Hazırda Elnurə “Mazda North American Operations” şirkətində baş biznes-məsləhətçi, eləcə də HBS məzunlarının buraxdığı “Bundle Network” kriptovalyuta mübadiləsi platformasında strateji məsləhətçi vəzifəsində çalışır.

Harvard Biznes Məktəbi öz səhifəsində proqramın məzunu kimi Elnurə Həşimova ilə müsahibəni dərc edib:

“Proqramın ən yaddaqalan detalları kimi metodologiya və yanaşma oldu. Biz nəzəriyyəni öyrənmirdik. Orada dünyanın lider şirkətlərinin uğur tarixləri və müvəffəqiyyətsizliyini öyrənirdik. Nəhəng brendlərin uğursuzluğunu öyrənmək mənə güc verdi – tənəzzüldən qorxmamağı öyrətdi”, - deyə, Elnurə müsahibəsində bildirib.

PLD diplomu hesabına E.Həşimovanın həyatında maraqlı vəziyyət yaranır. Kursu bitirdikdən sonra o, həyatda daha çox hansı peşə ilə məşğul olmaq istəyilə Elnurə yeni brend yaratmağı anlayır.

Hazırki inkişaf edən brendlərdən hansının daha uğur gətirəcəyi haqda düşünərkən, Elnurə “Starbucks” şirkəti üzərində dayanır. Tez bir zamanda həmin şirkətdə işə başlayır. Yeni işi hesabına o, şirkətin inkişafı üçün aparıcı əsasları əldə edir.

Yeni işdə iki həftə çalışdıqdan sonra Elnurəyə baş nəzarətçi vəzifəsi verilir. Onun öhdəliklərinə mağazanın və ayaqyolunun gündə iki dəfə təmizlənməsi daxil olur.

“Bu, gözlənilməz idi. Əvvəlcə işdən çıxmaq istəyirdim. Daha sonra anladım ki, Harvard Biznes Məktəbində bizlərə liderliyin vəzifə deyil, insanları uğurlu gələcəyə aparan fəaliyyət öyrədilib”, - məzun deyir.

Beləliklə, E.Həşimova burada 2 ay çalışır. Elnurənin sözlərinə görə, bu, onun həyatdında ən çətin iş olur.

Lakin çalışdığı 2 ay ərzində Elnurə müştərilər, əməkdaşlar və maraqlı tərəflər arasında yüksək səviyyəli brend təsis etmək ideyasını yaradır.  

PLd proqramının 250 iştirakıçısı Elnurənin ən yaxın dostlarına çevrilir.

“Bizləri dərin əlaqə, hörmət və bir-birimizə etibar hissi bağlayır. Həyatda bu, çox vacib məqamdır. İstənilən an bir-birimizə məsləhət və ya dəstək üçün müraciət edə bilərik”, - E.Həşimova deyir.

Elnurə Həşimova Harvard Biznes Məktəbində (HBS) Liderliyin İnkişafı Proqramının (PLD) keçmək istəyənlərə məsləhət verib:

“Beyin süngər kimidir. PLD-dən maksimum nəticə əldə etmək üçün proqramın təklif etdiyi bütün bilikləri özünüzə çəkin. Əgər çaqınlıq yaranarsa, hər zaman sizlərə dəstək göstərməyə hazıram”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2463

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər