Harri Keyn 2017-ci ildə ən çox qol vuran futbolçu olub | 1news.az | Xəbərlər
Futbol

Harri Keyn 2017-ci ildə ən çox qol vuran futbolçu olub

09:30 - 27 / 12 / 2017
Harri Keyn 2017-ci ildə ən çox qol vuran futbolçu olub

Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda “Tottenhem” komandasının doğma meydanda “Sauthampton” üzərində 5:2 hesablı qələbəsi ev sahiblərinin heyətində ulduz futbolçu Harri Keyn üçün əlamətdar olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə 22-ci, 39-cu və 67-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trik edən H.Keyn 2017-ci il ərzində rəsmi matçlarda ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O, 52 oyunda 56 qolla ilin ən məhsuldar futbolçusu adını qazanıb.

İyirmi dörd yaşlı futbolçu bu göstərici ilə Lionel Messini (54), Robert Levandovskini, Kriştiano Ronaldonu və Edinson Kavanini (hər üçü 53 qol) qabaqlayıb.

İngiltərəli futbolçu bu qollardan 49-nu Premyer Liqada, 7-sini isə milli komandanın heyətində vurub. H.Keyn 2017-ci ildə Premyer Liqada forma geydiyi 36 matçda rəqib qapılarına 39 dəfə yol tapıb. Bundan əvvəlki rekord 42 oyunda 36 qol vuran Alan Şirerə məxsus idi.

O, Premyer Liqa tarixində bir ildə 6 dəfə het-trik edən ilk futbolçu olub.

H.Keyn il ərzində klub matçlarında vurduğu qolların sayına (49) görə yalnız Lionel Messi və Edinson Kavanidən geri qalır. Hər iki futbolçunun aktivində 50 top var.

1news.az

Paylaş:
918

Son xəbərlər

Builki bayram günlərində ötən il ilə müqayisədə yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər