Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılar haqqında kitabın təqdimatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılar haqqında kitabın təqdimatı olub

09:43 - 18 / 12 / 2017
Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılar haqqında kitabın təqdimatı olub

Dekabrın 14-də Gürcüstandakı Suxumi Dövlət Universitetində “Vətən oğulları” kitabının təqdimatı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, David Maysuradzenin müəllifi olduğu kitab Abxaziya və Çxinvali bölgələrində Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlılardan bəhs edir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, professor və müəllim heyəti, siyasətçilər, tələbələr iştirak ediblər.

Universitetin rektoru, professor Zurab Xonelidze çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, xalqlarımızın oxşar problemlərindən söz açıb. O, belə kitabların dostluq əlaqələrimizin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Sonra səfir Dursun Həsənov çıxış edərək bildirib ki, “Vətən oğulları” kitabı Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılara həsr olunub. Tarixə nəzər yetirdikdə Gürcüstan azərbaycanlılarının bizim xalqlarımız arasındakı dostluğa, qardaşlığa, dövlətçiliyə necə sıx bağlı olduqlarına dair saysız-hesabsız faktlarla qarşılaşırıq. Kitabda da qeyd edildiyi kimi, XVIII əsrdə Kartli-Kaxetiya çarı II İraklinin ən yaxın silahdaşlarından biri Xudu Borçalı olub.

Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Tiflisə hücum edəndə yerli erməni tacirlər xəyanət edərək şəhərin gizli giriş yolları və II İraklinin qoşunlarının yerləşmə mövqeləri barədə şaha xəbərlər ötürərkən, Krtsanis döyüşündə 150 azərbaycanlı süvarisi II İraklini döyüş meydanından çıxarmaq üçün öz canlarını əsirgəməyiblər. Onların hamısı döyüş meydanında həlak olsalar da, II İraklini mühasirədən çıxarmağa müvəffəq olublar. II İraklinin ailə üzvlərini – xanımını və övladlarını da şəhərdən Duşeti dağları istiqamətində azərbaycanlı xanım Xeyransa Yadigarovanın başçılığı altındakı süvarilər çıxarıblar.

“Biz gələn il həm Azərbaycan, həm də Gürcüstan demokratik respublikalarının 100 illik yubileyini qeyd edəcəyik. Amma bu respublikaların formalaşması prosesi olduqca ağrılı-acılı proseslərlə, müharibələrlə müşayiət olunurdu. Bildiyimiz kimi, 1918-ci ildə Gürcüstan-Ermənistan müharibəsi baş verib və bu müharibədə gürcü ordusunun tərkibində Borçalı qəzasının azərbaycanlılarından ibarət böyük bir ordu birliyi Gürcüstanın ərazi bütövlüyü uğrunda mərdliklə vuruşub”, - deyə səfir qeyd edib.

Diplomat qeyd edib ki, XX əsrin 90-cı illərində sovet əsarətindən çıxıb öz müstəqilliklərini bərpa edən dövlətlərimiz qonşu xəyanəti ilə üzləşdi. Ermənistan dövləti Azərbaycanla və Gürcüstanla gözəl münasibətlər qurub öz müstəqilliyini gücləndirmək barədə düşünmək əvəzinə, Azərbaycanın ən qədim, ən gözəl guşələrindən olan Qarabağ bölgəsinə irtica etdi. Bu tarixi Azərbaycan torpaqlarını işğal edərək qan çanağına döndərdi. Bir milyondan çox azərbaycanlı öz tarixi torpağından qaçqın və məcburi köçkün düşdü. Yüzlərlə azərbaycanlılar yaşayan kənd yerlə-yeksan oldu. Erməni terrorçuları tərəfindən Qafqaz tarixində misli görülməmiş qəddarlıqla Xocalı soyqırımı törədildi.

Gürcüstan da eyni dövrdə oxşar problemlərlə üzləşdi. Suxumi döyüşlərində erməni batalyonları yerli gürcü əhaliyə qarşı soyqırımları törətdiyi bir vaxtda, Gürcüstanda yaşayan azərbaycanlılar igidliklə, könüllü şəkildə gürcü döyüşçüləri ilə bir yerdə Gürcüstanın bu gözəl diyarını qoruyurdular, vətənə borclarını yerinə yetirirdilər. 2008-ci ildə Tsxinvali bölgəsində baş verən hadisələr zamanı da azərbaycanlılar könüllü dəstələr yaradaraq gürcü ordusunun yanında yer aldılar.

Bildirilib ki, bu faktlar xalqlarımız arasında qızıl hərflərlə yazılmış, qırılmaz və sarsılmaz dostluq tarixçəsinin kiçik bir hissəsidir. Azərbaycanlılar Gürcüstanı həmişə seviblər, sevirlər və həmişə də sevəcəklər.

Səfir vurğulayıb ki, Azərbaycan və Gürcüstan etibarlı strateji tərəfdaşlardır. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hər zaman Azərbaycanın Gürcüstanla əlaqələrinin bütün sahələr üzrə inkişaf etməsinə xüsusi diqqətlə yanaşıb. Ölkələrimiz bir çox qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə Gürcüstanla əlaqələr xüsusi yer verilir.

Digər çıxış edənlər Azərbaycanın və Gürcüstanın eyni taleyi bölüşən, Cənubi Qafqazda təhlükəsizliyin qarantı olan dost və qardaş ölkələr olduğunu vurğulayıblar. Bildirilib ki, sürətlə inkişaf edən hər iki ölkə tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək və bu gözəl universitet – Suxumi Dövlət Universiteti öz tarixi məkanında fəaliyyətini bərpa edəcək.

1news.az

Paylaş:
496

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər