Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə G.Kvirikaşvili Twitter səhifəsində yazıb:
“Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”.
S.Xankişiyeva
404